İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərkis Xandanyan: Rusiyalı həmkarlarımızın Ermənistana yönəlik ritorikası xoşumuza gəlmir

592 17.05.2024 16:06 Region A A

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistan parlamentinə məktub göndərməyib, məktubu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin mənə göndərib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə açıqlamasında Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sarkis Xandanyan deyib.

Xandanyanın sözlərinə görə, cavab məktubunda Paşinyan iqtidarının Ermənistanın maraqlarının, ərazi bütövlüyünün və suverenliyinin qorunmasını əsas götürdüyünü yazıblar.

“Bundan başqa bir sıra rusiyalı deputatlarının Ermənistan və Rusiya xalqlarının maraqlarına əsaslanmayan ritorikasından narahat olduğumuzu bildirdim”, - deyə Xandanyan qeyd edib.

Xatırladaq ki, Rusiya tərəfinin narahatlığına Alen Simonyanın Avropa İttifaqı parlament sədrlərinin görüşündə verdiyi bəyanatlar səbəb olub. Burada Simonyan Ermənistanın Ukrayna, Moldova, Gürcüstan, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü müdafiə etdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR