İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sərkisyan: “Qarabağ məsələsi hələ bağlanmayıb”

1318 14.12.2023 17:43 Region A A

“Vaxt gələcək, biz Qarabağ səhifəsinin bizim üçün bağlanmadığını deyəndə nəyi nəzərdə tutduğumuzu ətraflı izah edəcəyik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sərkisyan jurnalistlərlə söhbətində deyib.

Qarabağ ermənilərinin qayıtması məsələsinə toxunan Sərkisyanın fikrincə, bunu həmin adamların özlərindən soruşmaq lazımdır.

“Aydındır ki, qayıdış arzuolunandır, lakin müvafiq şərtlər olmalıdır və mən onların fikrini bilmədən dəqiq nə deyə bilərəm”, – deyə Sərkisyan bildirib.

Serj Sərkisyan Şarlz Mişelin Qarabağ ermənilərinin Azərbaycan konstitusiyasına tabe olması ilə bağlı bəyanatına cavab olaraq deyib:

“Bu, zəmanət ola bilməz, biz belə sözləri çox eşitmişik. Bu, sadəcə olaraq sıfır zəmanətdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR