İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədlərimizdə yeni TƏHLÜKƏ - Bakıdan ön hazırlıq

1983 29.06.2026 14:37 Region A A

SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı İsrail hərbi təyyarələrinin İran sərhədlərinə yaxın fəaliyyətini ölkənin təhlükəsizliyinə birbaşa təhdid adlandırıb. Bəyanatda ABŞ-a çağırış edilərək bildirilib ki, Vaşinqton İsraili çəkindirə bilməsə, İran heç bir təhdidə dözməyəcək və cavab vermək hüququnu özündə saxlayacaq. Açıqlama İranın İsraili atəşkəs razılaşmasını dəfələrlə pozmaqda ittiham etdiyi bir vaxtda verilib.

Uluslararası medya: İran-İsrail çatışması iki yıl sürebilir - Oxu.az

Eyni vaxtda, Türkiyə ilə İsrail arasında da gərginlik müşahidə olunur.

Azərbaycan bu prosesdə hansı rolu oynaya bilər? Çünki ortada qardaş Türkiyə, dost İsrail və münasibətləri yaxşılaşmaqda olan İran var. Bu vəziyyət isə təbii ki, bizi qane etmir...

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Azərbaycan üçün həm İsrail, həm də qardaş Türkiyə xüsusi önəm daşıyır: “Odur ki, burada Azərbaycanın hansısa ölkəyə qarşı mövqe sərgiləməsini gözləmək doğru deyil. Azərbaycan İsraillə münasibətlərə hər zaman praqmatik yanaşıb. İsrail Azərbaycanın vacib tərəfdaşlarından biridir və bu əməkdaşlıq müxtəlif sahələrdə qarşılıqlı maraqlar üzərində qurulub. Ona görə də Bakının mövqeyi İsrailə qarşı emosional reaksiya kimi yox, regional həssaslıqların nəzərə alınması çağırışı kimi qiymətləndirilməlidir. Digər tərəfdən, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu münasibətlər təkcə qardaşlıq duyğusu ilə izah olunmur. Ortada Şuşa Bəyannaməsi ilə rəsmiləşmiş müttəfiqlik, ortaq təhlükəsizlik yanaşması və tarixi-siyasi bağlılıq var. Ona görə də Türkiyəni narahat edən məsələlər Azərbaycan üçün də tamamilə kənar mövzu sayıla bilməz. Məncə, bu məsələdə ən doğru istiqamət emosional ritorikadan uzaq dayanmaqdır”.

Yalanın ömrü 40 gün çəkir - » Onews.az

Onun fikrincə, Azərbaycan nə İsraillə münasibətləri zədələməkdə maraqlıdır, nə də Türkiyə ilə bağlı həssas məsələlərdə səssiz görünmək istəyir: “Rəsmi Bakının mövqeyi də məhz bu balans üzərində qurulub. Bakı öz milli maraqlarını, Türkiyə ilə müttəfiqliyini və İsraillə praqmatik əməkdaşlığını eyni anda qorumağa çalışan dövlətdir. Bu, mürəkkəb regionda dövlət ağlı ilə davranmaqdır. Həmçinin, İran amilini də unutmaq olmaz. Regionda Türkiyə-İsrail münasibətlərində yaranan hər bir gərginlik, İsrail-İran qarşıdurması fonunda əlavə siyasi manevr imkanları yaradır. Ona görə də Azərbaycan bu prosesdə kiminsə oyununa daxil olmamalı, öz təhlükəsizlik maraqlarını və balanslı diplomatiyasını qorumalıdır”.

Siyasi təhlilçi hesab edir ki, Tehran bu hadisəni öz siyasi gündəminə uyğun formada istifadə etməyə çalışa bilər: "Türkiyə-İsrail münasibətlərində yaranan hər bir gərginlik İran üçün əlavə informasiya və diplomatik manevr imkanı yaradır. Tehran bu qərarı İsrailin regionda ziddiyyətləri artırdığı arqumenti kimi təqdim edə, eyni zamanda, Azərbaycan-İsrail münasibətlərinə də şübhə salmağa çalışa bilər. Amma Azərbaycan bu oyuna daxil olmamalıdır. Bakı üçün əsas məsələ kiminsə ritorikasına reaksiya vermək deyil, öz milli təhlükəsizlik maraqlarını, Türkiyə ilə müttəfiqliyini və İsraillə praqmatik əməkdaşlığını balanslı şəkildə qorumaqdır".


Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR