İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə KRİTİK danışıqlar: Qriqoryan MİNA xəritələrini gətirib... - Qabil Hüseynli ilə CANLI

708 31.01.2024 16:11 Gündəm A A

Bu dəqiqələrdə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası başlayıb.

Musavat.com xəbər verir ki, Ermənistan KİV-in məlumatına görə, görüş Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilir.

Məlumata görə, sərhədin Qazax-İcevan hissəsində keçirilən görüşdə üç rayonun mina xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh müqaviləsi istiqamətində işlərin daha da sürətləndirilməsi barədə müzakirələr aparılır. Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan əvvəlki görüş ötən il noyabr ayının 30-da sərhəddə baş tutub.

“Azərbaycan Konstitusiyasına düzəlişlər edilməli və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır”. Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Növbəti dəfə Ermənistan rəsmilərindən yeni Konstitusiyaya ehtiyacın nə dərəcədə Bakının tələbi ilə bağlı olduğunu soruşmaq istəyəndə bilin ki, danışıq aparan erməni rəsmilər də Azərbaycan Konstitusiyasına dəyişikliklərin zəruriliyini gündəmə gətirirlər. Azərbaycan Konstitusiyasında da güzgü effekti ilə dəyişdirilməli olan müddəalar var”, - Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi hər hansı danışıqları güzgü effektində aparır: “Əgər bu danışıqlar zamanı hər hansı təkliflər irəli sürülürsə, o zaman gələcək davamlı sülh naminə onlar həm Ermənistanı, həm də Azərbaycanı narahat etməlidir”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə söhbətləşir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR