İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə baş verən hadisələrə REAKSİYA GƏLDİ - Hazırda genişmiqyaslı ƏMƏLİYYATLAR...

4988 01.09.2023 13:11 Gündəm A A

Xəbər verdiyimiz kimi, son günlər erməni tərəfinin hərbi təxribatları intensiv hal alıb. Bu gün səhər yenidən Ermənistan silahlı qüvvələri bölmələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu yaralanıb. Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində qarşı tərəf itki verib. Erməni KİV-in məlumatına görə, Ermənistan ordusunun 2 hərbçisi məhv edilib, 1 yaralı var.

Məsələ ilə bağlı Referans.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın bu təxribatlarına qarşı Azərbaycan genişmiqyaslı tədbirlər həyata keçirəcək:

“Ermənistanın təxribatları son aylarda kifayət qədər intesivləşmişdi, amma bu gün düşmən tərəfindən pua tətbiqi ilə Azərbaycan ordusunun əsgərinin yaralanması Azərbaycan tərəfinin daha təsirli, adekvat və Ermənistan üçün ağrılı-acılı nəticələrə gətirib çıxaracaq bir cavab vermək zərurətini yaradıb. Hazırda Azərbaycan ordusunun hissə və bölmələri zəruri olan bütün tədibirləri həyata keçirirlər”.

Düşmənin təxribatlarının qarşısını almaq və onların zərərsizləşdirilməsi üçün hazırda genişmiqyaslı tədbirlər həyata keçirilir və keçiriləcəkdir – deyə Ədalət Verdiyev əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR