İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyada mübahisəli seçki - minlərlə müxalifətçi nəticələrə etiraz edir

470 19.12.2023 11:16 Dünya A A

Dünən axşam bir neçə min müxalifət tərəfdarı Serbiyanın müxalif blokunun liderləri Marinika Tepiç və Miroslav Aleksiçin çağırışı ilə Belqradın mərkəzinə toplaşıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Paytaxt administrasiyasının binasına toplaşanlar şəhər məclisinə keçirilən seçkilərdə bülletenlərin 92,5 faizinin nəticəsinə görə, hakim partiyanın 39,34 səslə qalib gəlməsi ilə razı olmadıqlarını bildirirlər. Müxalifət bloku isə 34,27% səs alır.

Qərbyönlü müxalifət liderləri Marinika Tepiç və Miroslav Aleksiç Serbiyanın paytaxtında bələdiyyə seçkilərinin ilkin nəticələrini tanımaqdan imtina edərək tərəfdarlarını saat 18:00-da şəhər administrasiyasının binası yaxınlığında etiraz mitinqinə toplaşmağa çağırıblar. Daha sonra toplaşan etirazçılar administrasiya binasından Mərkəzi Seçki Komissiyasının (MSK) əsas girişinə doğru yollanıb və orada fit çalmağa, fişənglərdən istifadə edərək “oğru” və “fırıldaqçılar” şüarları səsləndirməyə, qapılara yumurta və zibil atmağa başlayıblar. Aksiya zamanı Kralja Milana küçəsində prezident administrasiyası binasının yaxınlığında avtomobillərin hərəkəti kəsilib.

Məlumata görə, Aleksandar Vučićin rəhbərlik etdiyi “Serbiya dayanmamalıdır” koalisiyası parlament seçkilərində liderliyini davam etdirir və 1 745 274 səs (46,67%) toplayır. Sonrakı yerdə 23,62 faiz səslə “Serbiya zorakılığa qarşı” müxalifət bloku gəlir. Üçüncü yeri 6,56% nəticə ilə “İvitsa Daçiç – Serbiyanın baş naziri” koalisiyası tutur. Aralıq nəticələrə görə, 5,04% səslə "Dr. Miloş Yovanoviç - Serbiyaya ümid" koalisiyası və hazırda 4,7 faiz səs toplayan "Biz xalqın səsiyik - professor, Dr. Branimir Nestoroviç" bloku da parlamentə daxil ola bilər.

Prezidenti Aleksandr Vuçiç daha əvvəl bildirmişdi ki, “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyası parlamentdəki yerlərin mütləq əksəriyyətini tutacaq və 250 mandatdan 127-dən çoxunu alacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR