İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılara ŞOK ZƏRBƏ: Sığınacaqlar belə məhv edildi - VİDEO

3303 10.12.2023 10:53 Dünya A A

Türkiyənin 12 vilayətində terrorçulara qarşı keçirilən əməliyyatlarda çox sayda silah, sursat və partlayıcı ələ keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

"Terrorçuların sığınacaqlarını bir-bir başlarına yıxırıq və yıxmağa davam edəcəyik" - Yerlikaya deyib.

Bildirilir ki, Separatçı Terror Təşkilatına (BTÖ) üzv olan terrorçuların qış aylarında fəaliyyət göstərmək məqsədilə 12 vilayətdə mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi istiqamətində həyata keçirilən “KAHRAMANLAR-33” əməliyyatlarında 78 sığınacaq ərazisi dağıdılıb, çoxlu sayda haubitsa və artilleriya sursatları, tank əleyhinə silahlar ələ keçirilib.

Əməliyyatlar Şırnak, Siirt, Diyarbakır, Mardin, Tunceli, Hakkari, Bingöl, Bitlis, Van, Ağrı, Ərzurum və Gümüşhanedə Jandarma Baş Komandanlığının koordinasiyasında Jandarma Xüsusi Hərəkat (JÖH), komando, təhlükəsizlik mühafizəçiləri və ATAK helikopterlərinin iştirakı ilə təşkil edilib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR