İnsanlara hürriyət, millətlərə istiqlal!

“Separatçılar çirkin niyyətlərini həyata keçirmək üçün...” - Hərbi ekspertdən CİDDİ XƏBƏRDARLIQ

2373 16.10.2023 13:21 Siyasət A A

“Təhlükəli dövrə gəlmişik. Son dərəcə diqqətli olmalıyıq. Sözsüz ki, bu qədər böyük zərbə alan separatçıların arxasında dayanan böyük dövlətlər, himayədarlar Azərbaycan xalqının ürəkdən sevinməsinə heç də şad deyillər”.

Bu fikirləri Musavat.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

uzeyir.jpg (309 KB)

O bildirib ki, diplomatik nümayəndələr, Azərbaycan vətəndaşları hansı ölkəyə səfər etməsindən asılı olmayaraq, son dərəcədə ehtiyatlı və diqqətli olmalıdırlar:

“Xüsusilə ermənilər və onlara havadarlıq edənlərin çevrəsi ilə məsafə saxlamaq lazımdır. Prezidentin qeyd etdiyi kimi, silahlı yerə qoymayan separatçılar hələ də var. Biz onların çirkin niyyətlərini həyata keçirməsinə mane olmalıyıq. İnformasiya cəbhəsi öz yerində, amma hüquq-mühafizə orqanlarının üzərinə çox böyük vəzifə düşür. Hələ xeyli silah-sursat dövlət qurumlarının nəzarətinə keçməyib ki, bu da vətəndaşlarımıza xətər yetirə bilər. Bu mənada vətəndaşlarımız diqqətli olmalıdırlar. Həmin silah-sursat Bakıya da, sərhədlərimizə də daşına bilər. Bu məsələdə Xankəndi şəhərinə təyin olunan komendant, polis general-mayoru Sərdar Səfərovun üzərinə böyük məsuliyyət düşür”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR