İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH meydan oxudu: “Dəstək verənlərlə əl sıxarıq, hücum edənlərin boynunu qırarıq”

863 19.04.2026 00:42 Dünya A A

İranın Hərbi-Kosmik Qüvvələrinin komandanlığı növbəti dəfə sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, SEPAH-a bağlı struktur açıqlamasında bildirib ki, İran xalqının maraqlarını qorumaq üçün həm müttəfiqlərlə əməkdaşlıq edəcək, həm də düşmənlərə qarşı amansız davranacaq.

Bəyanatda qeyd olunur ki, “İslam Respublikasına dəstək verən hər kəslə səmimi şəkildə əl sıxılacaq, lakin istənilən təcavüzkara qarşı sərt və dağıdıcı cavab veriləcək”.

SEPAH komandanlığı vurğulayıb ki, bu mövqe yeni deyil və İran bunu dəfələrlə praktikada sübut edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR