İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Melaniya Trampın İZİNƏ DÜŞDÜ – Elə görüntülər YAYILDI Kİ... - VİDEO

1273 28.07.2026 12:27 Dünya A A

Dünən SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi ABŞ-nin birinci xanımı Melaniya Trampa qarşı təhdid xarakterli məzmun daşıdığı bildirilən video yayımlayıb.

Musavat.com xəbər verir ki, videoda onun gündəlik vərdişləri və təhlükəsizlik tədbirləri təhlil edilərək mümkün hücum ssenarisi kimi təqdim olunur.

Videoda Melaniya Trampın modaya marağından bəhs edilir, Nyu-Yorkda tez-tez ziyarət etdiyi mağazaların adları çəkilir və onun təhlükəsizliyinin prezident Donald Trampın təhlükəsizliyindən ayrı təşkil olunduğu iddia edilir.

Paylaşımda prezidentin oğlu Barron Trampın da adı çəkilir və ona qarşı təhdid xarakterli ifadələr yer alır. Məlumata görə, videonun böyük hissəsi süni intellekt vasitəsilə hazırlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR