İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH komandanından ABŞ-a TƏHDİD:"Cavabsız qalmayacaq"

1124 31.01.2024 18:03 Dünya A A

ABŞ-ın İrana qarşı təhdidlərinin heç biri cavabsız qalmayacaq.

Musavat.com Tasnima istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami deyib.

Onun sözlərinə görə, ölkəsi müharibəyə can atmır:

"Heç bir təhlükənin cavabsız qalmasına imkan verməyəcəyik. Biz müharibə axtarmırıq, amma müharibədən də qorxmuruq".

Xatırladaq ki, yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Əl-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi həlak olub, 40-ı yaralanıb.

Birləşmiş Ştatlar İranı insidentdə əli olmaqda ittiham edərək, sərt cavab verəcəyini vəd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR