İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı hərbi hava bazasına zərbələr endirdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ ordusunun İordaniya ərazisində yerləşən hərbi hava bazasındakı hədəflərinə və dislokasiya yerlərinə raket zərbələri endirib", - SEPAH-ın bəyanatında deyilir.
Bundan əvvəl "Reuters" agentliyi İordaniyanın hava hücumundan müdafiə (HHM) sistemlərinin ölkənin hava məkanında İran tərəfindən atılan 4 raketi zərərsizləşdirdiyi barədə məlumat yayıb.
Musavat.com






