İnsanlara hürriyət, millətlərə istiqlal!

Sentyabrda müharibə ANONSU: Simonyandan ŞOK AÇIQLAMA

1391 24.03.2026 14:13 Siyasət A A

Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın sentyabrda müharibə ehtimalı ilə bağlı səsləndirdiyi fikri şərh verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, spiker bildirib ki, siyasi xadimlər siyasi təhlil aparmaq hüququna malikdirlər və baş nazir də Ermənistanın aparıcı siyasi xadimlərindən biri kimi öz mövqeyini ifadə edə bilər.

Parlament sədri qeyd edib ki, Ermənistanın siyasi mühitində iki əsas gündəm mövcuddur - sülh və müharibə. Bəziləri qonşulara yönəlmiş tələblərlə, digərləri isə regionda sülhün bərqərar olunması ilə bağlıdır.

“Əgər siz Nikol Paşinyan şəxsiyyətinə diqqət yetirirsinizsə, olsun. Nikol Paşinyan sülhün simvolu hesab ediləcək. Mən buna qarşı deyiləm”, – deyə Simonyan vurğulayıb.

O, Paşinyanın müharibə üçün konkret tarix bildirməsinə, yəni sentyabr ayı barədə danışmasına münasibət bildirərkən əlavə edib ki, müxalifət nümayəndələri də hər il oxşar məsələləri qaldırıb, ay göstəriblər. “Niyə təəccüblənirsiniz? Burada qəribə nə var?”, – deyə o açıqlama verib.

Qeyd edək ki, Simonyan bu açıqlamaları, baş nazirin əvvəlki bəyanatlarına münasibət bildirərkən verib. Baş nazir xəbərdarlıq etmişdi ki, hakim Vətəndaş Müqaviləsi Partiyası hakimiyyətdə olmazsa, sentyabr ayında müharibə başlayacaq.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR