İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON İDDİA: İran Hörmüzdən keçən hər barrel neft üçün 1 dollar TƏLƏB EDİR

1116 08.04.2026 17:46 Dünya A A

Tehran Hörmüz boğazından keçən hər barrel neft üçün 1 dollar rüsum müəyyən etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

İran rəsmilərinin planına əsasən, tankerlərdən ödənişlərin kriptovalyuta ilə alınması və hər bir gəminin tranzitdən əvvəl yoxlanılması nəzərdə tutulur.

Boğazdan keçid üçün gəmilər rəsmi Tehranla əvvəlcədən razılıq əldə etməli olacaqlar.

Mövzu ilə bağlı gəmi sahiblərinə artıq ciddi xəbərdarlıq edilib: icazəsiz keçidə cəhd edən gəmilər məhv ediləcək.

Məlumat üçün bildirək ki, Hörmüz boğazından gündəlik orta hesabla 15–20 milyon barrel neft daşınır. Bu isə o deməkdir ki, yeni qaydalar tətbiq olunarsa, İran sutkada 15–20 milyon dollar gəlir əldə edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR