İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON İDDİA! "Hizbullah" bir gündə 6 min raket atacaq...

903 04.01.2024 22:00 Dünya A A

Xəbər verdiyimiz kimi, yanvarın 3-də İranın Kirman şəhərində Qasim Süleymaninin ölümünün 4-cü ildönümündə baş verən iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Yanvarın 2-də isə HƏMAS Siyasi Bürosu sədrinin müavini Saleh əl-Aruri Livanın paytaxtı Beyrutun cənubundakı Daniye şəhərində təşkilatın ofisində partlayış nəticəsində həlak olub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrut və İranın Kirman şəhərlərinə edilən hücumlardan sonra regional müharibə təhlükəsi geniş müzakirə olunmağa başlayıb. Mütəxəssislər sözügedən hücum və sui-qəsdin yeni bir müharibəyə səbəb olacağını bildirir. Eyni zamanda hücumlardan sonra hər iki tərəfdən açıqlamalar gəlməkdə davam edir.

Belə ki, İsrail dövlət televiziyası Qəzzada müharibənin üçüncü mərhələsinin başladığını elan edərkən, "Əl-Mayadin" televiziyası isə "Hizbullah"ın gündə 6 min raket atma planı hazırladığını iddia edib.

640xauto (3).jpg (34 KB)

"Hizbullah"a yaxınlığı ilə tanınan "Əl-Mayadin" televiziyası İsrailin mümkün müharibədə hər gün 1500 hərbçisini itirəcəyini bildirən xəbər dərc edib.

Qeyd olunub ki, İsrailin təhlükəsizlik və hərbi mənbələri "Hizbullah"la mümkün müharibədə hər gün minlərlə raketin atılacağını bilir.

640xauto.jpg (22 KB)

İsrailin hesablamalarına görə, "Hizbullah" müharibənin ilk günlərində 6 min raket atacaq, daha sonra bu rəqəm gündə 1500-2000-ə düşəcək. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR