Şəmkir rayonunda 69 yaşlı qadının öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisə rayonun Xuluf kəndində qeydə alınıb.
Öldürülən 1957-ci il təvəllüdlü Solmaz Mahmudova tək yaşayıb. Qadının həyat yoldaşı Süleyman Həsənov Xuluf kəndinin icra nümayəndəsi vəzifəsində çalışıb. O, 2022-ci ildə vəfat edib. Ailənin isə övladı olmayıb.
Hadisəni törətməkdə təqsirli bilinən və saxlanılan 1996-cı il təvəllüdlü Arzu Həmidli eyni kəndin sakinidir və qonşuluqda yaşayıb. Öldürən S.Mahmudova təqaüdçü olub.
Hazırda istintaq tədbirləri davam edir. Cinayətin nə məqsədlə törədildiyi araşdırılır. (Teleqraf)







