İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə yük avtomobili elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var

727 12.10.2022 22:37 Hadisə A A

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "Ford" markalı kiçiktutumlu yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində Şəmkir rayon sakinləri, 1977-ci il təvəllüdlü V.Cəfərov və 1956-cı il təvəllüdlü Ə.Cəfərova xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR