İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə sel zamanı iki nəfər xəsarət alıb

403 08.08.2022 11:05 Hadisə A A

Şəmkirdə leysan yağışlar nəticəsində sel yaranıb.

Musavat.com Report-a istinadla xəbər verir ki, dünən axşam saatlarından başlayaraq Qərb bölgəsində leysan xarakterli yağış yağıb.

Şəmkirin İrmaşlı kəndinə yağan leysan yağışdan sonra əraziyə sel gəlib, təbii hadisə zamanı iki nəfər ehtiyatsızlıqdan sel sularına düşüb. Onlar ətrafdakı sakinlərin köməyi ilə sudan çıxarılıblar.

Xəsarət alan 2005-ci il təvəllüdlü Ş.Məmmədova və daha bir nəfər hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım briqadasının maşınları ilə xəstəxanaya aparılıblar.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR