İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə DƏHŞƏTLİ QƏZA - Ata öldü, oğlu ağır xəsarət aldı

987 22.07.2023 16:50 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Dağ Cəyir kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Niva” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yasamal aşırımında qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 1995-ci il təvəllüdlü Eldəniz Hüseynov ağır xəsarət alıb. Onun atası Rövşən Hüseynov isə hadisə yerində dünyasını dəyişib.

Yaralı ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Qəzaya avtomobilin təkərinin patlaması səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR