İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə avtomobil aşıb, yaralananlar var 

240 21.05.2023 16:30 Hadisə A A

Şəmkir rayon Çənlibel kəndində avtomobilin aşması nəticəsində sürücü və sərnişini yaralanıblar.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 2003-cü il təvəllüdlü M.Əhmədov və həmyaşıdı S.Bayramov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı avtomobildə daha bir sərnişin də olub. Həmin şəxs qəzada xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR