İnsanlara hürriyət, millətlərə istiqlal!

Səkkiz il cəza almış qadına bəraət verildi - QƏRAR

885 01.11.2022 16:53 Kriminal A A

Bakıda narkotik alverində ittiham olunan Səadət Sadıqovanın barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Səadət Sadıqovanın apellyasiya şikayəti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Onun barəsində bəraətverici hökm çıxarılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Sadıqovanın barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan olunmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR