İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə avtomobil yanıb

346 02.09.2023 22:53 Hadisə A A

Şəkidə "VAZ" markalı minik avtomobili yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kənd inzibati ərazisindəki otlaq sahədə baş verib.

 Rayon sakini, Babayev Zaur Yusif oğluna məxsus "VAZ 21010" markalı minik avtomobilinin elektrik sistemində baş vermiş qısaqapanma səbəbindən yanğın baş verib.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR