İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə avtomobil ağaca çırpıldı - xəsarət alanlar var

446 02.01.2024 16:04 Hadisə A A

Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Maarif Rüfət oğlu Cabbarovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun sərnişini, Cəlal Yaqub oğlu Haqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR