İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə 2 kəndi sel suları basıb - VİDEO

842 29.08.2023 22:29 Hadisə A A

Şəkiyə leysan yağışları yağıb, iki kəndi sel suları basıb.

Günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti dəyişib, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində yağışlı hava şəraiti müşahidə edilir.

Axşam saatlarına yaxın Şəki rayonunun Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağıçları nəticəsində ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb. Ərcan çayında suyun səviyyəsi həddən artıq qalxması səbəbindən ərazidən keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Hazırda müvafiq qrumlar əraziyə ezam edilib, dəymiş ziyanın miqyası ilə maraqlanırlar.

Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti höküm sürür.(APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR