İnsanlara hürriyət, millətlərə istiqlal!

Səidə toyundan sonra üzə çıxdı - Kimin villasında? - FOTO

3921 10.10.2023 00:12 Şou-biznes A A

Müğənni Səidə Sultan bəysiz keçən toyundan sonra üzə çıxıb, paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, sənətçi həmkarı Xalq artisti Röya Ayxanın dəbdəbəli villasında qonaq olub.

Onların arasında müğənni Natavan Həbibi də olub. Gah küsüb, gah barışan müğənnilər birlikdə foto çəkdiriblər. Səidə sözügedən şəkili sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Müğənni paylaşımına "İllər keçsə də nə qədər "didişsək" (dalaşmaq - red.) doğmalıq keçmir" şərhini yazıb.
Ətraflı

Xatırladaq ki, Səidə Sultanın sentyabırın 19-da toyu olub. Toyda isə yalnız xanımlar iştirak edir. Səidənin həmkarı Kərim Abbasov bəyin Səidənin 15 illik dostu olduğunu bildirib.

Qeyd edək ki, Səidə Sultan həm Natavan Həbibi həm də Röya Ayxanla qalmaqal yaşamışdı. Səidə maqazin verilişlərində Natavanı "qan kruşkasıdır" adlandırmışdı. Səidə Röya tərəfindən onun müğənnilik istedadına qısqandığını söyləmişdi. Lakin illər sonra Səidə Röya və Natavanı öz toyuna çağıraraq, onlarla məclisdə barışmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR