İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid ailələrinin və yaralıların müalicəsinə xərclənən vəsait açıqlandı

506 08.12.2023 12:07 Sosial A A

"Şəhid ailələrinin və yaralıların müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə "YAŞAT" Fondu tərəfindən xərclənən vəsait 27 394 750.09 AZN təşkil edir".

Musavat.com-un məlumatına görə, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov illik hesabat konfransında qeyd edib.

Fondun rəhbəri bildirib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla, ümumilikdə 27 442 müraciət təmin edilib:

"Ümumilikdə 185 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 178-i ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 5 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR