İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə hücumla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

939 29.01.2024 13:02 Gündəm A A

Azərbaycanın İrandakı səfirliyinə hücumu törədən şəxsin işinə baxan məhkəmənin hökmü tezliklə elan olunacaq.

Msuava.com İran mediasına istinadən xəbər verir ki, bu barədə İran XİN sözçüsü Nasir Kənani bildirib.

Onun sözlərinə görə, proqnoz bu prosesin uzun sürməyəcəyidir: "Ötən şənbə günü Azərbaycan səfirliyinə hücumu törədən şəxsin məhkəməsi təqsirləndirilən şəxslərin və Azərbaycan Respublikasının vəkillərinin və nümayəndələrinin iştirakı ilə keçirilib. Həyatını itirən Azərbaycanın İrandakı səfirliyinin əməkdaşının ailəsinə bir daha başsağlığıi bildirirəm. İranın məhkəmə orqanları ittihamlara qanun çərçivəsində baxacaqlarına əmin ediblər. İki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə proses yekunlaşıb və istintaq prosesi yekunlaşıb. Hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq. Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq."

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR