İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir: “Azərbaycan Ermənistanla münasibətlərin tam normallaşmasında maraqlıdır”

344 12.01.2024 13:25 Siyasət A A

Danimarka Azərbaycan və Ermənistan arasında sülh prosesində rol oynaya və regional əməkdaşlığın inkişafına töhfə verə bilər.

“Report”un xəbərinə görə, bunu Danimarkanın “Kristeligt Dagblad” qəzetinə açıqlamasında Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov deyib.

O qeyd edib ki, Bakı İrəvanla münasibətlərin tam normallaşmasında maraqlıdır:

“Bizim gündəliyimiz sülhün bərqərar olduğu, firavan Cənubi Qafqaz yaratmaq təşəbbüslərinə əsaslanır. Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsinə ərazi bütövlüyünə qarşılıqlı hörmət, ərazi iddialarından imtina, güc tətbiq etməmək, sərhədin müəyyən edilməsi və kommunikasiya xəttinin yaradılması kimi beynəlxalq hüququn prinsiplərinə əsaslanan beş maddə daxildir”.

Diplomatın sözlərinə görə, son aylarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müəyyən müsbət dəyişikliklər baş verib:

“İki ölkənin ötən il dekabrın 7-də heç bir vasitəçi olmadan dərc etdiyi birgə açıqlamada münasibətlərin normallaşdırılması və sülh sazişinin əldə edilməsinə dair ortaq öhdəliklər ifadə edilib. Bu da 2023-cü ili müsbət notda tamamlamağa imkan verib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR