İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir: “44 günlük müharibənin qalibiyyətlə nəticələnməsi hər şeyin bitdiyi anlamına gəlmir”

1431 09.11.2022 04:25 Son xəbər A A

44 günlük müharibənin qalibiyyətlə nəticələnməsi hər şeyin bitdiyi anlamına gəlmir. Bu zəfəri davam etdirmək lazımdır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı Səfirliyində keçirilən 8 Noyabr - Zəfər Günü tədbirinə qatılan Türkiyənin Rusiya Federasiyasındakı səfiri Mehmet Samsar bildirib.

Türkiyəli diplomat Azərbaycanın bundan sonra da diplomatik və siyasət meydanında qalibiyyətlərini davam etdirməli olduğunu söyləyib:

“Azərbaycanın 44 günlük müharibə nəticəsində qazandığı böyük zəfəri bir daha təbrik edirik. Bu savaşda həyatını itirən şəhidlərə tanrıdan rəhmət diləyirəm. Çünki onlar vətənlərini xilas etmək üçün, Qarabağ dərdinə son qoymaq üçün həyatlarını qurban veriblər”.

Səfir bildirib ki, Türkiyə həm müharibə zamanı, həm də ümumiyyətlə siyasət prosesdə hər zaman Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət edib.

“44 günlük müharibə dövründə hər qurum tam dəstək verdi. Ulu öndər Atatürkün də dediyi kimi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”.

30 il boyunca Qarabağın kədərini içimizdə hiss etdik. 30 ilin sonunda Qarabağın işğaldan azad olunub Ana Vətəninə qayıtmasını eyni coşqu və sevinclə bütün Azərbaycan xalqı ilə bərabər yaşayırıq. Burada ən böyük pay əlbəttə ki, Azərbaycan lideri İlham Əliyevə düşür. Məhz onun öndərliyi ilə müharibə uğurlu oldu. Əlbəttə ki, bu savaşın qalibiyyətlə nəticələnməsi hər şeyin bitdiyi anlamına gəlmir. Bunu həm diplomatik, həm də siyasi sahədə davam etdirmək lazımdır”,- deyə səfir bildirib.

Türkiyə səfiri ölkəsinin Azərbaycana hər cür dəstəyi verməyə hazır olduğunu bhildirib.

Səfir 44 günlük savaş nəticəsində Azərbaycanın qazandığı böyük Zəfər Günü ilə bağılı təbrikini çatdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR