İnsanlara hürriyət, millətlərə istiqlal!

Sedat Pekerin evinə silahlı hücum edildi - SON DƏQİQƏ!

1216 14.09.2022 15:50 Hadisə A A

Türkiyədə mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə təqsirli bilinən və xarici ölkəyə qaçan Sedat Pekerin İstanbulun Beykoz rayonundakı evinə silahlı basqın edilib.

Musavat.com xəbər verir ki, bu barədə "haberler.com" saytı məlumat yayıb.

Silahlı hücum zamanı evdəki şəxslərdən biri, Yılmaz Günay 3 güllə yarası alıb. Onun xəstəxanaya yerləşdirildiyi, lakin vəziyyətinin ağır olduğu deyilir.

Bildirilir ki, səhər saatlarında evin qarşısında dayanan maşındakı şəxslər atəş açmağa başlayıblar.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR