İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkinin nəticələrinə yerli və beynəlxalq reaksiyalar

697 09.02.2024 11:35 Gündəm A A

Namizədlər İlham Əliyevə zəng etdilər

7 fevral Azərbaycanda növbədənkənar prezident seçkisi yüksək səviyyədə baş tutdu. Mərkəzi Seçki Komissiyası seçkidə respublika üzrə seçicilərin 76,73 faizinin iştirak etdiyini açıqlayıb. Seçki məntəqələrinin 93,3 faizinin nəticəsi elan edilib. İlkin nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyev 92,05%, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19%, Böyük Azərbaycan Partiyasının namizədi Fazil Mustafa 2%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 1,76%, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev 0,8%, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev 0,67%, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,53% səs toplayıb. 

7 fevral seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirib. “Exit-poll” nəticələrinə görə, seçicilər azad şəkildə iradələrini nümayiş etdiriblər. Keçirilən exit-polların açıqladığı nəticələrlə MSK-nın açıqladığı ilkin nəticələr arasında cüzi fərq olub. Bu da seçkinin demokratikliyinin daha bir sübutu hesab edilir. 

Seçkinin qalibi İlham Əliyev seçkinin Xankəndi və Şuşada da keçirilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıdığını deyib. Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edən dövlət başçısı seçkinin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində keçirildiyini qeyd edib.

Seçkinin ilkin nəticələri bəlli olduqdan dərhal sonra seçkidə məğlub olan  namizədlər qalib İlham Əliyevi təbrik edən bəyanatlarla çıxış ediblər. Namizədlərin hər biri bəyanatlarında seçkinin nəticələrini tanıdıqlarını ifadə edərək qarşıdakı dönəmdə Prezident İlham Əliyevə ölkənin inkişafı üçün uğurlar diləyiblər.

Bu seçkiləri fərqləndirən daha bir yenilik də dünən yaşanıb. Belə ki, prezidentliyə namizəd olmuş şəxslər dünən İlham Əliyevə zəng edərək onu seçkinin qalibi olması münasibətilə təbrik ediblər və prezidentlik fəaliyyətinə uğurlar arzulayıblar. 

İlkin nəticələr elan olunandan sonra dünyanın bir çox dövlətlərinin liderlərindən İlham Əliyevə təbriklər ünvanlanmağa başlayıb. 7 fevralda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Macarıstanın baş naziri Viktor Orban Prezident İlham Əliyevə telefon açaraq təbrik ediblər. Həmçinin  İraq prezidenti Əbdüllətif Camal Rəşid, Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiç Azərbaycan prezidentini təbrik ediblər. 

Prezidentə təbrik məktubları gəlir — Yenilənib

Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Vladimir Putin İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib.

Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Fevralın 8-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib prezident seçkisində inamlı qələbə qazanması münasibətilə təbrik eləyib, uğurlar arzulayıb.

Fevralın 8-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək yenidən seçilməsi münasibətilə təbrik edib məhsuldar fəaliyyət arzulayıb.

Ukrayna prezidenti Vladimir Zelenski isə X platformasındakı səhifəsində Prezident İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Ukrayna ilə Azərbaycanın strateji əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib. 

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların da əksəriyyəti seçkilərdə qalibiyyəti münasibətilə İlham Əliyevi təbrik eləyən bəyanatlar yayıblar. Müsavat Partiyası və AXCP istisna olmaqla siyasi mövqeyindən asılı olmayaraq bütün partiyalar ayrı-ayrılıqda bəyanatlarla İlham Əliyevi seçkidə xalqın böyük etimadını qazanması münasibətilə təbrik ediblər. 

Ağ Partiya — Vikipediya

Məsələn, AĞ Partiya 7 fevral növbədənkənar prezident seçkisinin nəticələri barədə bəyanatında bildirib: “Azərbaycan öz müasir tarixində bir sıra mərhələlərdən keçmişdir. Müstəqillik əldə etdikdən sonra hüquqi və siyasi sisteminin formalaşması istiqamətində təlatümlər yaşamışdır. Bu müddət ərzində Vətənin ən böyük problemi işğal amilinin ortadan qaldırılması idi. 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatları ilə Ermənistanın işğalına son verilmiş və ərazi bütövlüyümüz təmin edilmişdir. Azərbaycan siyasi mühitində bunu edə biləcək istənilən siyasi qüvvə və lider əlbəttə ki, xalqın gözündə etimad əldə edəcəkdi. Biz də siyasi qüvvə olaraq, AĞ Partiya olaraq bu reallığı inkar edə bilmərik. Siyasi və ideoloji fərqimizə və siyasi olaraq münasibətlərimizin müxalifət-iqtidar xarakterinə baxmayaraq yuxarıda qeyd etdiyimiz yolun məntiqi nəticəsi olaraq son prezident seçkisinin nəticələrini tanıyır, qalib İlham Əliyevi təbrik edir, ona milli dövlət quruculuğunda uğurlar arzu edirik. Hesab edirik ki, bu siyasi reallıq ölkənin daxili siyasi mühitinin daha da sağlamlaşmasına müsbət təsir edəcək. Xalqımız, dövlətimiz üçün xeyirli olsun”. 

Seçkinin monitorinqini həyata keçirən beynəlxalq müşahidəçilər prezident seçkisində apardıqları monitorinqin yekunlarına dair brifinqlər keçiriblər. TÜRK PA Müşahidə Missiyasının rəhbəri Osman Mesten bildirib ki, Azərbaycanda seçkilər konstitusiyaya və Seçki Məcəlləsinə uyğun həyata keçirilib: “Azərbaycanda keçirilən seçkilərin beynəlxalq hüququn tələbinə tam uyğun olduğunu bildiririk”.

Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov bildirib ki, seçkilər zamanı gizli səsvermə üçün bütün şərait və azadlıq təmin edilmişdi. 

Türkiyə parlamentinin üzvü İsmayıl Özdemir isə Azərbaycan ictimaiyyətini demokratik seçkilərə görə təbrik edib və seçkinin demokratik keçirildiyini bəyan eləyib. O bildirib ki, Qarabağ fatehi İlham Əliyev vətəndaşlardan seçkidə aldığı səslə bütün Avropaya sözünü dedi.

AZƏRTAC

Türkiyə Parlamentinin nümayəndə heyətinin rəhbəri Şamil Ayrım prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair keçirdiyi brifinqdə bildirib ki, seçki böyük xalq coşğusu ilə keçib və xalqın əksəriyyəti İlham Əliyevə səs verib: “Azərbaycan ilk dəfə bütöv Azərbaycan ərazisində səs verdi. Onların böyük əksəriyyəti Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verdilər. Azərbaycan 44 günlük Vətən müharibəsi, ardınca antiterror əməliyyatı ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev sülh prosesinin icrasına nail olacaq. Biz hər zaman Azərbaycanın yanında olacağıq. Azərbaycanın sabitlik içərisində olması heç kimi narahat etməməlidir. Azərbaycan xalqını isə bu seçiminə görə təbrik edirik”.

Seçkini müşahidə edən Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko isə brifinqdə bildirib ki, seçki tam şəffaf təşkil edilib: “Altı seçki məntəqəsində iştirak etdim. Seçicilər də yüksək səviyyədə iştirak etdilər və ölkənin gələcəyinə dair fikirlərini nümayiş etdirdilər. İlham Əliyevin qələbəsi artıq xalqın iradəsi ilə əvvəldən müəyyən olunub. Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisindən sonra Qərbin reaksiyası mənə çox maraqlıdır. Görəsən, Fransa prezidenti Emmanuel Makron və digərləri Azərbaycan xalqını təbrik edəcəklər, yoxsa tənqid edəcəklər? Susacaqlarmı? Onlara tövsiyə edirəm ki, əsassız tənqiddən əl çəksinlər. Azərbaycan xalqı artıq gələcəyə doğru inamlı addım atdı”. 

Qırğızıstan MSK sədrinin müavini Tançtık Şaynazarov, Malayziya Senatının sədr müavini Nur Cazlan Mohammed, Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov, Rusiya Dövlət Dumasının beynəlxalq münasibətlər komitəsinin sədrinin müavini Aleksey Çepa, Azərbaycan-Rusiya Dostluq Qrupunun üzvü, millət vəkili Aleksandr Yuşenko, Ukrayna nümayəndə heyətinin rəhbəri, dostluq qrupunun həmsədri Valeriy Kolyux, Özbəkistan Respublikası Senatının komitə sədri Odiljon İminov, İraq parlament nümayəndə heyətinin rəhbəri Cabbar Al-Çnani, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min və digər müşahidə qruplarının nümayəndələri seçkinin yüksək səviyyədə, demokratik şəraitdə keçirildiyini rəylərində ifadə ediblər.

Mətbuat Şurası Prezident seçkilərində medianın fəaliyyətini diqqət  mərkəzində saxladı" | tehsil365.news

Mətbuat Şurası isə dünən seçkilərdə jurnlaistlərin, medianın fəaliyyəti barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, seçki günü Mətbuat Şurasında yaradılmış “qaynar xətt” rejimi səsvermə başlayan andan bitənədək jurnalistlərin ixtiyarında oldu. Jurnalistlər seçki günü özlərinin peşə vəzifələrini heç bir maneə olmadan, tam sərbəst şəkildə həyata keçirdilər. Əlamətdar məqam ondadır ki, istər Mərkəzi Seçki Komissiyası, istər Medianın İnkişafı Agentliyi, istərsə də ayrı-ayrı dövlət qurumları media fəaliyyətinin müxtəlif təzahür formalarına səlahiyyətlərindən irəli gələn həssas münasibət göstərdilər. Onların operativ yanaşmaları yanlış ictimai rəyin formalaşmasının qarşısının alınması, cəmiyyətin düzgün yönləndirilməsi baxımından əhəmiyyətli oldu: “Mətbuat Şurası yekunda belə nəticəyə gəlir ki, 7 fevral prezident seçkisi həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü medianın prosesi işıqlandırması, onun qanunauyğun fəaliyyətinin, bütövlükdə media azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirildi.

Ümumən, seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşdı. Ən əsası, Azərbaycan mediası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nümayiş etdirdi". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR