İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkilərdən öncə nəticələr məlumdur: Əli Kərimli ilə “demokratiyaya gedən yol”

4170 02.09.2023 12:50 Gündəm A A

Musavat.com -a daxil olan məlumata görə, bu gün AXCP Ali məclisinin sessiyasi keçiriləcək.

Bizimlə bu məlumatı paylaşan AXCP üzvü deyir ki, Məclisdə nəzərdə tutulan seçkilərin nəticəsi artıq əvvəlcədən məlumdur.

AXCP-nin tanınmış üzvünün Musavat.com-a təqdim etdiyi siyahıdan bəzi detalları sizinlə paylaşırıq:

Nurəddin Məmmədli - Ali Məclis sədri;

Fuad Qəhrəmanlı, Kamil Vəli, Seymur Həzi - AXCP sədrinin müavinləri.

Məclislə bağlı maraqlı məqam isə Seymur Həzinin Ali Məclis sədri olmaq istəyidir. Əli Kərimli razılıq verməsə də, Seymur Həzi partiyanın qocaman üzvü Nurəddin Məmmədlinin yenə də bu postda qalmasına qarşıdır və bir sıra üzvləri başına toplayaraq AXCP sədrinin iradəsinə qarşı koalisiya yaradıb.

Rəyasət Heyətinin "seçiləcək" tərkibi isə belə olacaq:

Aqil Məhərrəmli
Səadət Cahangir
Məhəmməd Məcidli
Məmməd İbrahim
Saqif Qurbanov
İradə Əliyeva
Emil Səlim
Fuad Qəhrəmanlı
Ayaz Məhərrəmov
İlham Hüseyn
Bəxtiyar İmanov
Nemət Əliyev
Solmaz Hüseynova
Nurəddin Məmmədli
Rahim Hacıyev
Kamil Vəli və digərləri.

AXCP qadınlarının məşhur siması Gülnarə Rəhimova, Sahib Rüstəmli də Ali Məclisə namizəddir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR