İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkidən ermənilər nə, Kreml nələr umurdu?..

822 22.06.2026 11:18 Yazarlar A A

Hər yerdə, hətta ən demokratik ölkələrdə belə insanlar seçkilərə müəyyən məqsədlər üçün gedirlər. Mən buna çəkinmədən hətta “eqoist məqsədlər” deyərdim və bəri başdan ərz edim ki, hər şey həmin ölkələrin ali qanunu-konstitusiyası çərçivəsində baş verirsə, burada pis heç nə yoxdur, əksinə tamam normal haldır, çünki nə siyasət, nə seçkilər heç də metafizik, idealalist yanaşma üçün deyil, hətta burada əksər hallarda heç romantikaya da yer yoxdur – bir daha deyirəm ki, insan seçkiyə gedib ona görə səs verir ki, ilk növbədə özü üçün daha yaxşı olsun, işləri daha rahat getsin, rifahı bir az da artsın, güclənsin...

Bəs bunları niyə söyləyirəm? Ermənistandakı ən son seçkilərə yanaşmalarda bəzi ciddi qüsurlar oldu. Birincisi, təkrar deyirik ki, tək Ermənistanda yox, başqa ölkələrdə də hakim partiyalar özlərinin “inzibati resurs”larından istifadə edirlərsə, çox pis haldır, seçkinin demokratikliyinə xələl gətirən ciddi qanun pozuntusudur və əgər təsdiq olunarsa, seçkinin ləğvilə də nəticələnə bilər.

İkinci detal bu idi ki, Rusiayda yaşayan ermənilərin vasitəsilə Moskvanın Paşinyanı devirəcəyi söylənilirdi. Nə demək olar? Əvvəl qeyd edək ki, Kreml onların heç birinin ürəyinə girməmişdi ki, görüm Rusiyada yaşayan Aşot kimə səs verəcək? Əvvəllər başqa ölkələrdə yaşayanlar həmin ölkələrdəki səfirliklərdə səs verirdilər. İndisə səhv etmirəmsə, məsələ başqa cürdür: əgər səs vermək istəyirsənsə, zəhmət çək gəl Ermənistana və burada səs ver, seçkiyə qatıl.
O ki qaldı rusiyayönümlülük məsələsinə, bu da konstirusiyaya – ali qanuna uyğun baş verirsə, hər şey qaydasındadır və normaldır. Ermənistan vətəndaşlığını saxlayan, amma Rusiyada yaşayan erməninin arzusu nə ola bilər? Ölkəsinin Rusiyayla münasibətləri yaxşı olsun, onun üçün bir problem yaranmasın, əksinə rahat yaşaya və işləyə bilsin. Bir daha deyirik ki, bu da tamam normal yanaşmadır, heç kim nəinki Rusiyanın, heç Qərbin də qara gözünə aşiq olmayıb. Hamının bunlarla bağlı konkret umacaq və gözləntiləri var - əlbəttə, hər şey konstitusiyaya və beynəlxalq normativ hüquqi aktlara uyğun baş verirsə.

Axı daha urub demək olmaz ki, gələcəkdə də, bundan sonra da Ermənistanın Rusiyanın vassalı, nə bilim, “forpostu” kimi qalması “mənim maraqlarım”a daha çox cavab verir və istəyirəm məhz belə də olsun. Yox, əlbəttə, belə yaramaz, bu cür yanaşma həqiqətən də “beşinci kolon”a yayaşan, xas olan məntiqdir. Hazırda Ermənistanda ruspərəst müxalifət seçki ərəfəsi səhvini düzəltmək, daha ciddi şəkildə birləşmək istəyir.
Biz deyirdik ki, Karapetyanın siyasi iddiaları hələ bundan sonra daha ciddi forma alacaq, çünki 29 mandat da az deyil, başlanğıc üçün yaxşı siyasi debüt sayıla bilər. Bəlkə o da Ermənistanın B.İvanişvlilisi olmaq sevdasına düşəcək. Belədə, ruspərəst müxalifətin 40 yaxın mandatı var!
Kreml başqa “rıçaq”ları da unutmur, bəzi məsələləri özləri qəsdən qəlizləşdirir, hər şeyi siyasiləşdirir, siyasi alətə çevirirlər. İnsan icazəli şəkildə Rusiyada əməkçi miqrant və yaxud qeyri statusla çaşılışırsa niyə kimin üçünsə siyasi alət olmalıdır?

Indi hər şey kənarda qalıb, gələcək müdaxilələr üçün yeni “zəmin” hazırlayırlar – bəli, rusdillilər, nə bilim, “linqvistik azlıqlar” problemini atmaq isyərilər ortaya, halbuki bu zəmində heç yerdə heç bir problem yoxdur. Rusdillilərə hər yerdə bir tələb var: insan yaşadığı ölkənin dilini bilməlidir. Bu ən azı onun özünün gələcək karyerası üçün lazımdır, çünki yerli dili bilməsən, məmur, nazir, nə bilim, deputat ola bilməyəcəksən, axı dövlət hər adama tərcüməçi ayıra bilməz. Belədəsə, bir daha deyirik ki, bu müstəvidə də real olaraq problem yoxdur. Həm də əgər belə problem varsa, adətən onu dövlətlər siyasi və diplomatik kanallarla həll etməyə cəhd edirlər, yoxsa filan ölkədə rusdilli əhalinin problemləri yaranıb deyə ora hücum etmək olmaz ki...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR