İnsanlara hürriyət, millətlərə istiqlal!

SAXAL-la HƏMAS arasında qanlı döyüş: Çox sayda hərbçi ölüb

975 09.01.2024 11:18 Dünya A A

İsrail ordusu girovların azad edilməsi ilə bağlı Qəzzada keçirdiyi əməliyyat zamanı uğursuzluğa düçar olub.

Bu barədə "haberler.com" saytı məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri (SAXAL) HƏMAS-ın "İzəddin əl-Qəssam" briqadası ilə toqquşmada çox sayda hərbçisi və texnikasını itirib.

Xilasetmə əməliyyatında iştirak edən İsrail əsgərlərinin avadanlıqları da fələstinli döyüşçülər tərəfindən ələ keçirilib.

Məsələ ilə bağlı İsrail ordusundan indiyə qədər heç bir açıqlama verilməyib. "İzəddin əl-Qəssam" briqadası keçən ay girovların xilas edilməsi əməliyyatının uğursuz olduğunu açıqlayıb. Xilas olmağa çalışan məhbuslardan birinin qarşıdurmada öldüyü, İsrail əsgərlərindən də ölən və yaralananların olduğu qeyd dilib.

İsrail ordusu daha sonra bu əməliyyatın uğursuz olduğunu təsdiqləyib və 2 əsgərin ağır yaralandığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR