İnsanlara hürriyət, millətlərə istiqlal!

"Saudi Aramco"nun gəliri kəskin azalıb

473 10.03.2024 15:22 Dünya A A

2023-cü ildə Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun xalis mənfəəti 2022-ci ildəki 161,07 milyard dollara qarşı 121,27 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, neftin ucuzlaşması fonunda göstərici 24,8 faiz azalıb.

Şirkətin 2023-cü ildə sərbəst pul axını 2022-ci illə müqayisədə 32 faiz azalaraq 101,2 milyard dollar təşkil edib. Əsaslı xərcləri isə 28 faiz artaraq 49,7 milyard dollara çatıb. "Saudi Aramco"nun ilin sonunda dividend ödənişləri 2022-ci illə müqayisədə 30 faiz artaraq ümumilikdə 97,8 milyard dollar təşkil edib.

Şirkətin 2023-cü ildə orta karbohidrogen hasilatı səviyyəsi gündəlik neft ekvivalentində 12,8 milyon barel təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR