İnsanlara hürriyət, millətlərə istiqlal!

Satıcı qadın Neymarı məhkəməyə verib və aliment tələb edir

506 31.01.2024 13:25 Dünya A A

Macarıstanlı qadın braziliyalı futbolçu Neymardan uşaq dünyaya gətirdiyini iddia edib.

Musavat.com sport-express-ə istinadən xəbər verir ki, Mənbənin sözlərinə görə, qızın adı Qabriella Qaspardır və o, satıcı işləyir. Qaspar 31 yaşlı futbolçunu məhkəməyə verib, atalıq testi və övladına dəstək tələb edib. O, Neymarla Boliviyada tanış olduğunu, münasibət qurduğunu və hamilə qaldığını bildirib.

Bildirilir ki, Qaspar doqquz yaşlı qızının doğum şəhadətnaməsində ata adının qeyd olunmasını, həmçinin uşağa 30 min avro məbləğində aliment ödənilməsini tələb edir.

2023-cü ilin noyabrında braziliyalı model Bruna Biankardi artıq Neymarla münasibətdə olmadığını açıqlayıb. Bir ay əvvəl cütlüyün bir qızı doğulub.

Neymar 2023-cü ilin yayından Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edir. O, komandada beş oyun keçirib, bundan sonra dizindən zədə alıb və uzun müddət yaşıl meydanlardan kənarda qalıb.

Hələlik Neymarın macarıstanlı qadının iddialarına cavabı bəlli deyil. 

Onu da qeyd edək ki, son illərdə müxtəlif ölkələrdən olan qadınlar məşhur futbolçuları cinsi təcavüzdə ittiham etmələri vaqiələri çoxalıb. Bu iddiaların çoxunun böhtan xarakterli olduğu, milyonçu futbolçulardan pul qoparmaq üçün təşkil edildiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR