Ağsuda kanalizasiya qapaqlarını oğurlamaqda ittiham edilən Tural Qasımovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, daha əvvəl də məhkumluq həyatı yaşayan 32 yaşlı Tural Qasımov əməlindən səmimi peşman olduğunu deyib.
Bildirib ki, həmin gün spirtli içki almağa pulu olmadığı üçün şəhərdəki kanalizasiya qapaqlarını oğurlamağı qərarlaşdırıb. Sonra həmin dəmir qapaqları sataraq özünə içki alacaqmış.
“Spirtli içki aludəçisiyəm. Həmin gün pulum yox idi. Kanalizasiya qapaqlarını hissə-hissə evə apardım. İşləmirdim, pulum da yox idi. Əvvəllər fəhləlik edirdim. Son zamanlar da işsiz idim. İşin üstü açılanda polis məni saxladı. Kanalizasiya qapaqlarını qaytardım. Bağışlanmağımı istəyirəm” - deyə təqsirləndirilən şəxs söyləyib.
Məhkəmə Tural Qasımov barəsində 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
İ.Muradov
Musavat.com