İnsanlara hürriyət, millətlərə istiqlal!

Saqatelyan Paşinyanı devirəcəklərindən əmindir  

714 25.09.2023 15:02 Region A A

“Bu gün saat 18:00-da Respublika meydanında günə yekun vuracaq və sentyabrın 26-ı üçün tədbirlərimizi planlaşdıracağıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində eyni adlı fraksiyanın deputatı İşxan Saqatelyan facebook səhifəsində yazıb.

Xatırladaq ki, bu ilin sentyabr ayının 19-dan Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Müxalifət artıq Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üzrə Milli komitənin yaradıldığını elan edib. Gələn xəbərlərə görə, İrəvanın müxtəlif yerlərində keçirilən etiraz aksiyalarına bir sıra universitetlərin tələbələri də qoşulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR