İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqdakı şiddətli yanğına dair əsas versiya – miqrantların davası

931 14.01.2024 12:25 Dünya A A

Xəbər verildiyi kimi, dünən Sankt-Peterburqun Şuşarı qəsəbəsində 70 min kvadratmetr sahədə “Wildberries” anbarı yanıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, yanğının səbəbləri ilə bağlı iki əsas versiya var: miqrantlar arasında bıçaqlı davadan sonra qisas məqsədi ilə yandırma (rəhbərlikdən olan işçilər buna inanmağa meyllidir) və naqillərin nasazlığı (bu, xarakterik qoxu hiss edən işçilərin ifadələri ilə təsdiqlənir).

Yanvarın 10-da anbarın yaxınlığında miqrantlar arasında kütləvi dava olub. Bıçaq xəsarətləri alan 33 yaşlı Azərbaycan vətəndaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hücum edən 35 yaşlı Tacikistan vətəndaşı saxlanılıb və barəsində cinayət işi açılıb.

Yanvarın 11 və 12-də təhlükəsizlik qüvvələri anbara basqın edib. Şirkətlə əməkdaşlıq edən beş sürücü immiqrasiya qanunlarını pozduqları üçün saxlanılıb.

Yanvarın 12-də malların qəbulu sahəsində boru partlayıb və bütün günü otaq su altında qalıb.

Yanvarın 13-də səhər saat 7 radələrində anbarın birinci blokunda, altıncı mərtəbənin rəflərindəki kimyəvi məişət maddələri olan altlıqlar yanıb.

Digər zonalardakı işçilər yanğın siqnalına dərhal reaksiya verməyiblər, çünki keçən həftə təlim həyəcanı siqnalı işə düşdüyü üçün bu dəfə də hamı bunun yeni təlim siqnalı olduğunu düşünüb.

Yanğın üzə çıxdıqdan sonra 1800 işçinin kortəbii şəkildə təxliyə edilməsinə başlanılıb və yol boyu metal paltardəyişmə şkafları sökülüb.

İşçilərin sözlərinə görə, mühafizə onları axtarış aparmadan çölə buraxmayıb. Vəziyyət kritikləşəndə camaat sadəcə olaraq mühafizəçiləri yollarından kənara itələyiblər.

Kortəbii evakuasiya zamanı bir nəfər itkin düşüb.

Yanğın 70 min kvadratmetr ərazini əhatə edib. 50 min kvadratmetr sahədə dam uçub.

Yüzlərlə işçi şəxsi əşyalarını yığmağa vaxt tapmayıb. Hətta bir çoxlarının pasportları yanıb.

İşçilərin sözlərinə görə, evakuasiya zamanı bir neçə nəfər tapdalanıb. Amma rəsmi itki yoxdur.

SHOT-un məlumatına görə, ilkin zərər 10 milyard rublu keçir.

Şuşarıdakı yanmış terminalın işçiləri üçün elan edilən məlumatda bildirilirdi ki, Wildberries bir həftədən sonra Sankt-Peterburqda yeni anbar açmağı planlaşdırır. Dəqiq açılış tarixi və yeri hələ açıqlanmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR