İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqda Wildberries anbarında ŞİDDƏTLİ YANĞIN

707 13.01.2024 13:59 Dünya A A

Güclü yanğın Sankt-Peterburqdakı Wildberries bazarının anbar kompleksini məhv edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, yanğın 50 min kvadratmetr ərazini əhatə edir.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə mətbuat xidməti məlumat yayıb.

“Hündürlüyü 20 metr olan anbar kompleksində 50 000 kvadratmetr sahədə yanğın başlayıb. Yanğına 5 saylı mürəkkəblik dərəcəsi verilib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur”, - deyə məlumatda bildirilir.

Yanğının söndürülməsinə 270 nəfərə yaxın canlı qüvvə və 57 texnika cəlb olunub. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Wildberries onlayn pərakəndə satış mağazasının mətbuat xidməti anbarın şirkətə məxsus olduğunu təsdiqləyib. Onlar həmçinin əlavə ediblər ki, satıcılara malın dəyərinə görə kompensasiya ödəniləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR