İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburq rəhbərliyi İrəvanda abidənin təhqir olunmasını pisləyib

659 31.01.2024 01:41 Dünya A A

Rusiyanın Sankt-Peterburq şəhər administrasiyası və yerli sakinlər Ermənistanın paytaxtı İrəvanda İkinci Dünya müharibəsi illərində mühasirədə olan (keçmiş) Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidədə törədilən vandalizm aktını qətiyyətlə pisləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqun şəhər administrasiyasının Xarici Əlaqələr Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün sovet xalqının faşizm üzərində qələbəsinin tarixi əhəmiyyətini heç də hamı dərk etmir. Abidəyə qarşı edilən hərəkət təxribat xarakterlidir. Ümid edirik ki, Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən bu əməl layiqli qiymətini alacaq və bütün təqsirkarlar ədalətli cəzalarını alacaqlar”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.

İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılan abidənin açılışı 2015-ci ilin aprelində olub və Sankt-Peterburq rəhbərliyi ilə İrəvan meriyasının birgə layihəsidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR