İnsanlara hürriyət, millətlərə istiqlal!

Sanksiyalara baxmayaraq, Rusiya milyardlar qazanır - Həmin pullarla... - ŞOK FAKTLAR

1347 28.02.2023 17:22 İqtisadiyyat A A

Avropa İttifaqının (Aİ) sanksiya qərarlarına baxmayaraq, Rusiyadan Avropaya neft və təbii qaz ixracı davam edir. Avropa ölkələri qalıq yanacaq ticarəti müqabilində hər gün Moskva hökumətinə 100 milyon avro ödəyir.

Finlandiya Enerji və Təmiz Hava Araşdırma Mərkəzinin (CREA) məlumatına görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropaya satılan mayeləşdirilmiş təbii qazın miqdarı xeyli artıb.

Musavat.com xəbər verir ki, hesabata görə, qalıq yanacaq ixracı hələ də Vladimir Putin administrasiyasına böyük miqdarda gəlir gətirir.

2023-cü ilin ilk iki ayında Rusiya Avropaya qalıq yanacaq ixracı ilə təxminən 30 milyard avro gəlir əldə edib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkədən Avropaya qalıq yanacaq ixracı kəskin şəkildə azalıb. Bununla belə, CREA-nın məlumatına görə, bu gün də Avropa vasitəsilə Rusiyaya gündə təxminən 100 milyon avro ödənilir.

Avropa İttifaqı Rusiyadan hasil edilən yanacaqların Çindən sonra ikinci ən böyük istehlakçısıdır.

Boru kəməri ilə gələn qaz, xam neft və neft məhsulları üçün 30 milyon avro ödənildiyi halda, mayeləşdirilmiş təbii qaza 10 milyon avro xərclənir.

Ötən il Belçikanın Rusiyadan aldığı mayeləşdirilmiş təbii qazın miqdarı əvvəlki ilə müqayisədə 28 faiz artıb. Belçika Rusiya maye qazının Yaponiyadan sonra ən böyük alıcısıdır. Bu ilin ilk 2 ayında Belçika Rusiyadan 400 milyon avro dəyərində qaz alıb. Brüssel hökuməti bunun üçün Rusiyaya hər gün 7 milyon avro ödəyir.

Ümumiyyətlə, Aİ ölkələri maye qaz üçün Rusiyaya gündəlik 10 milyon avro ödəyir.

 

Finlandiya Enerji və Təmiz Hava Araşdırma Mərkəzinin hesabatında Avropa İttifaqının mövqeyi tənqid edilib. Bildirilib ki, qalıq yanacaqlardan əldə edilən pullar Rusiya tərəfindən Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə olunur.

Məlumatda o da qeyd edilib ki, Avropa İttifaqının sanksiyaları yalnız dəniz yolu ilə daşınan neft məhsullarını əhatə edir və Rusiya təbii qazı hələ də Aİ tərəfindən rəsmi olaraq qadağan edilməyib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR