İnsanlara hürriyət, millətlərə istiqlal!

Sandu Rusiyanı Moldovada sabitliyi pozmaq planlarında ittiham edib

284 19.12.2023 15:12 Dünya A A

Moldova prezidenti Maya Sandu Rusiyanı 2024-cü ilin noyabrında gözlənilən prezident seçkisi öncəsi respublikada sabitliyi pozmaq planları düzənləməkdə ittiham edib.

“Biz düşünürük ki, Rusiya Federasiyası burada sabitliyi pozmağa çalışmağa davam edəcək. Çox güman ki, bahara yaxın başlayacaqlar. Burada olan insanlar istifadə olunacaq. Taktika dəyişə bilər. Biz yerli seçkilərin dərslərini öyrənməli, onları təhlil etməli və vətəndaşların səslərini və demokratik seçkiləri qorumaq üçün tədbirlər görməliyik”, - Sandu PRO-TV-yə müsahibəsində bildirib.

Qeyd edək ki, Moldova hakimiyyəti böhran yaşayır, 2022-ci ildən respublikada prezidentin və hakim partiyanın yaratdığı hökumətin istefası tələbi ilə müxalifətin kütləvi etirazları keçirilir. Etirazçılar onları ölkədəki qiymət artımına və yoxsulluq səviyyəsinə görə tənqid edirlər. Hakimiyyət buna cavab olaraq müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham edib, etirazçı liderlərə qarşı cinayət işi açıb, müxalifətə tribuna yaradan televiziya kanallarını və informasiya portallarını bağlayıb.

Onu da qeyd edək ki, Rusiyanın Moldovada sabitliyi pozmaq istəyi göz qabağındadır. Elə bir gün olmaz ki, Rusiya mediası Moldova hökumətini qaralayan materiallar yaymasın. Ayrıca, Kremlin Moldovadakı Qaqauziyada yerli əhalini Kişinyova qarşı çıxışlara təhrik etməsi də regionda heç kəsə sirr deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR