İnsanlara hürriyət, millətlərə istiqlal!

Sandu "müxalif" şəhərləri AB yardımından məhrum edəcək

659 09.12.2023 19:56 Dünya A A

Noyabrın 5-də keçirilən yerli seçkilərdə sakinləri hakimiyyətdə olan Avropapərəst partiyanın namizədlərinə səs verməyən Moldovanın şəhər və kəndləri Avropa İttifaqının respublikaya ayırdığı kredit və qrantlardan vəsait almayacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu respublika prezidenti Maya Sandu merlərin forumunda deyib. Toplantıda 500-dən çox şəhər və kənd bələdiyyə sədri iştirak edib, lakin bir sıra müxalifət partiyalarının nümayəndələri buna məhəl qoymayıblar.

“Avropa pullarına gəlincə, sizdən soruşmaq istəyirəm: Aİ-yə qarşı olan merlər, siz Aİ-ni dəstəkləməsəniz, Avropa İttifaqının sizə pul verəcəyini düşünürsünüzmü? Burada məntiq haradadır? Dövlət pulları bütün bölgələr arasında bölüşdürüləcək və Aİ ölkələrinin vergi ödəyicilərindən gələn pullar bu dəyərləri paylaşanlara gedəcək”, - Sandu çıxışında deyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR