İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda baş verən qəzada xəsarət alan doqquz nəfərin kimliyi AÇIQLANDI SİYAHI

887 16.10.2022 16:20 Hadisə A A

Baş Dövlət Yol Polisi İdarəsi Salyan rayonunda iki avtomobilin toqquşması ilə bağl açıqlama verib.

İdarənin İctimai Qurumlarla Əlaqə Şöbəsindən Oxu.Az-a bildirilib ki, Ələt-Astara-İran sərhədi yolunun Salyan rayon ərazisində keçən 56,5-ci kilometrliyində Astara rayonu istiqamətində hərəkət edən Əsədov Əyyar Sadat oğlunun idarə etdiyi “Ford” markalı və “Huyndai” markalı avtomobillər toqquşub:

“Hər iki nəqliyyat vasitəsi aşıb. Ə.Əsədov və Kərimli Zeynəb xəsarət alıb. Yeddi nəfərə isə ilkin tibbi yardəm göstərilib”.

***

Ötən gün axşam saatlarında Salyan rayonunda iki avtomobilin toqquşması zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər bunlardır:

1948-ci il təvəllüdlü Fərəcov Fərhad Məmməd oğlu - Şirvan şəhər sakini, 1958-ci il təvəllüdlü Fərəcova Zemfira Qulamhüseyn qızı - Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Mərdiyev Əliş Güloğlan oğlu - Cəlilabad sakini, 1966-cı il təvəllüdlü Kərimli Zeynəb Kərim qızı -Bakı sakini, 1975-ci il təvəllüdlü Abdullayev Nazim İbrahim oğlu - Masallı sakini, 1971-ci il təvəllüdlü Abbasov Şirvan Sərhəd oğlu -Masallı sakini, 1964-cü il təvəllüdlü Hüseynov Əlafət İsabala oğlu - Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Ağayeva Arzu Teymur qızı - Bakı sakini, 1961-ci il təvəllüdlü Əsədov Əyyar Sədat oğlu - Yardımlı sakini.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR