İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şahramanyanın fərmanı qanunsuzdur" - Beqlaryan ÜSYANA QALXDI

3492 29.09.2023 13:54 Region A A

"Artsax"ın ləğvi barədə "prezident"in fərmanı qanunsuzdur".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu özünü buraxmış qondarma "Artsaxın keçmiş dövlət naziri" Artak Beqlaryan teleqramda yazıb.

Onun sözlərinə görə, heç bir "prezident"in "respublika"nı buraxmaq hüququ yoxdur:

"Bu sərəncam Azərbaycanın təhdidi nəticəsində imzalanıb".

Qeyd edək ki, sentyabrın 28-i Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejim özünü buraxdığını elan edib. Bununla bağlı separatçıların rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR