İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahil Babayev Xızıda vətəndaşları qəbul etdi FOTO

474 21.06.2024 15:36 Ölkə A A

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

Musavat.com xəbər verir ki, qəbuldan əvvəl S.Babayev və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.  

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR