Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saran matçdan sonra futbolçuların geyinib-soyunma otağına gedərək komanda ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, oyunçulara təşəkkürünü bildirən Saran çıxışını başa vurduqdan sonra futbolçular və texniki heyət tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Fənərbağça” “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edərək Türkiyə Superkubokunun qalibi olub.
Musavat.com






