İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabunçuda dəmir oğrusu saxlanılıb

504 28.11.2022 11:40 Kriminal A A

Sabunçu rayonunda yerləşən dövlət müəssisələrindən birinin inzibati binasının dəmir məhəccərləri naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə nəticəsində müəssisəyə 5000 min manata yaxın maddi ziyan dəyib.

DİN-dən Musavat.com-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Əli Əliyev saxlanılıb. Aparılan araşdırmalar zamanı onun Sabunçu rayonunda əlavə olaraq 17 ədəd kanalizasiya quyusunun dəmir qapaqlarını oğurladığı da müəyyən edilib. Bundan başqa Əli Əliyev Kürdəxanı, Zabrat və digər ərazilərdə yerləşən ümumilikdə 10 evdən təmir-tikinti və məişət əşyaları oğurladığını bildirib.

Faktlarla bağlı 15- ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR