İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda yanğın baş verən ərazidə elektrik verilişi dayandırılıb - Fotolar

500 10.07.2022 23:38 Hadisə A A

Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

“Report”un Şimal bürosu xəbər verir ki, kənd sakinləri yanğının ilkin olaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttində baş verdiyini bildirib.

Qısaqapanma nəticəsində biçilən əkin sahəsi alışıb və güclü külək nəticəsində yanğının miqyası genişlənib.

Alovun qarşısını almaq getdikcə çətinləşir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissələrinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR